​İEA: Neft bazarları 2017-ci ildə sabitləşəcək

​İEA: Neft bazarları 2017-ci ildə sabitləşəcək Hasilat keçən ilə nisbətən 0,6% azalıb
Energetika
14 İyun , 2016 15:56
​İEA: Neft bazarları 2017-ci ildə sabitləşəcək

Bakı. 14 iyun. REPORT.AZ/ Neftə tələbin hasilatdan daha sürətlə artması 2017-ci ildə neft bazarının sabitləşməsinə səbəb olacaq.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyin (İEA) mütəmadi açıqladığı aylıq hesabatda məlumat verilib. Hesabatda həmçinin bildirlib ki, 2017-ci ildə neftə orta tələb gündəlik 97,4 mln. barelə yüksələcək. İEA 2016-cı ildə neftə tələbin 1,3 mln. barel/gün artacağını proqnozlaşdırıb. 

Xatırladaq ki, əvvəlki hesabatda bu il neftə tələbin gündəlik 1,2 mln. barel artacağı ehtimal edilirdi. Hesabatda göstərilib ki, 2016-cı ilin ilk rübündə neftə tələb gündəlik 1,6 mln. barel artıb ki, bu da əvvəlki hesabatdakı 1,4 mln. barel artımı üstələyib.

İEA may ayında qlobal neft hasilatının 800 min barel/gün azaldığını yazıb. Hasilatın həcmi 95,4 mln. barel olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 590 min barel/gün və ya 0,6% azdır. 

Son xəbərlər

Orphus sistemi