Yuxarı
    Bağlamaq

    ​Hadı Rəcəbli: "Bolqarıstan Avropaya enerji resurslarının çatdırılmasında tranzit ölkə ola bilər"

    Bolqarıstan Avropaya enerji resurslarının çatdırılması baxımından mühüm rol oynayır

    Bakı. İyul 29. REPORT.AZ/ Azərbaycan Bolqarıstan vasitəsilə Avropaya enerji daşıyıcıları təchizatı ilə bağlı layihələrini inkişaf etdirmək niyyətindədir. Bu barədə Azərbaycan MM sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Bolqarıstanın Focus radiosuna müsahibəsində bildirib.

    "Biz Trans-Adriatik (TAP) layihələri və Trans-Anadolu (TANAP) qaz boru kəməri vasitəsilə Avropaya karbohidrogen təchizatını artırmaq niyyətindəyik. Bu kontekstdə Türkiyə, Yunanıstan və Bolqarıstan vacib rol oynayır və mühüm mövqe tutur." - Hadı Rəcəbli deyib.

    Onun sözlərinə görə, bu baxımdan Bolqarıstan və Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı və möhkəmlənməsi üçün böyük perspektivlər var.

    "Enerji resurslarının nəqli baxımından, Bolqarıstan Azərbaycana nisbətən yaxın Avropa ölkələrindən biridir. Biz Türkiyə vasitəsilə enerji resurslarının tranziti ilə bağlı layihələrimizi inkişaf etdirə bilərik", - millət vəkili deyib.

    Komitə sədri Azərbaycan nümayəndə heyətinin Bolqarıstana səfərin məqsədinin iki ölkə arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin dərinləşməsi və genişlənməsinin yeni, daha yüksək səviyyəyə qaldırılmasının olduğunu vurğulayıb.

    Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, Milli Məclisin aqrar siyasəti komitəsinin sədri Eldar İbrahimov, "Yeni Azərbaycan" partiyasının bir sıra üzvləri daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi