Yuxarı

Gürcüstanda Azərbaycan qazının saxlanılacağı anbarın istismara verilmə müddəti uzadılıb

Gürcüstanda Azərbaycan qazının saxlanılacağı anbarın istismara verilmə müddəti uzadılıb

"Gürcüstanda, əsasən, Azərbaycanın “Şahdəniz” yatağından tədarük olunan qazın saxlanılması üçün nəzərdə tutulan yeraltı anbarın istismara verilməsi müddəti 2024-cü ilin əvvəlinə qədər uzadılıb".

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Neft və Qaz Korporasiyasından bildirilib.

Bu ilin ikinci rübündə anbarın tikintisi ilə bağlı birinci mərhələnin həyata keçirilməsi planlaşdırılıb. 2021-ci ildə başa çatdırılacaq bu mərhələdə iki kəşfiyyat quyusu qazılacaq və daha sonra geniş miqyaslı tikinti işlərinə start veriləcək.

Obyektin 2024-cü ilin əvvəlində istismara verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, qonşu ölkədə yeraltı qaz anbarının tikintisinin 2018-ci ilin birinci yarısında başlanılması və 2020-ci ilə qədər başa çatdırılması nəzərdə tutulmuşdu. Layihənin ümumi dəyəri, təxminən, 300 mln. dollar təşkil edir. Anbarın Tbilisinin Samqori rayonunda tikilməsi planlaşdırılır. Qaz anbarında 300 mln. kubmetrədək qaz saxlamaq mümkün olacaq ki, bu da Gürcüstanın illik qaz istehlakının, təxminən, 15%-ni təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi