Gürcüstan “Avro 5” yanacaq standartının tətbiqini 1 il də təxirə sala bilər

Gürcüstan “Avro 5” yanacaq standartının tətbiqini 1 il də təxirə sala bilər Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Gürcüstanda “Avro 5” yanacaq standartına keçid daha 1 il təxirə salına bilər.
Energetika
21 Oktyabr , 2020 11:52
Gürcüstan “Avro 5” yanacaq standartının tətbiqini 1 il də təxirə sala bilər

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Gürcüstanda “Avro 5” yanacaq standartına keçid daha 1 il təxirə salına bilər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

Qurumda hesab edirlər ki, “Avro 5”in tətbiqi ilə bağlı qərar 2021-ci ilin əvvəlindən qüvvəyə minərsə, Azərbaycandan bu standarta uyğun yanacaq tədarük etmək mümkün olmayacaq: “Hazırda Azərbaycanın neft emalı zavodları “Avro 4” standartına uyğun keyfiyyətli dizel yanacağı istehsal edir. Pandemiyanın yaratdığı iqtisadi tənəzzülü nəzərə alsaq gələn il kifayət qədər çətin olacaq. Gürcüstan hökumətinin müvafiq qərarının 2022-ci il yanvarın 1-nə qədər təxirə salması məqsədəuyğun olardı. Bunun sayəsində Gürcüstan bazarında əvvəllər də olduğu kimi, digər ölkələrdən idxal olunan yanacaqdan 10-15 tetri ucuz olan Azərbaycan yanacağı mövcud olacaq”.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Avro 5” standartlı yanacağın istehsalına 2022-ci ildə başlamağı planlaşdırır. Bu ilin yanvar-sentyabr aylarında şirkət qonşu ölkəyə 159,3 min ton dizel yanacağı ixrac edib ki, bu da Gürcüstanın ümumi idxalının 38%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi