''Günəşli” yatağındakı platformada aparılan yenidənqurma işləri tamamlanıb

''Günəşli” yatağındakı platformada aparılan yenidənqurma işləri tamamlanıb Yeni 4 quyunun hər biri üzrə gündəlik 80 ton neft və 10 min kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır
Energetika
17 İyul , 2017 14:39
''Günəşli” yatağındakı platformada aparılan yenidənqurma işləri tamamlanıb

Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” tresti tərəfindən ''Günəşli” yatağındakı 11 saylı Dərin Dəniz Özülündə (DDÖ) aparılan yenidənqurma işləri tamamlanıb.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, əlavə 4 quyunun qazılması üçün nəzərdə tutulan layihə “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında həyata keçirilir. Məqsəd yataqda qazılacaq yeni quyuların keyfiyyətli istismarını, neftin və qazın hasilatının və nəqlinin sabit saxlanılmasını təmin etməkdir. Layihə çərçivəsində 4 kompleks üzrə tikinti-quraşdırma işləri yerinə yetirilib. Belə ki, 4 ədəd quyu şaxtası və 4 ədəd istiqamətləndirici boru layihə dərinliyinə vurulub, sementlənmə işləri icra olunub. Yeni monifold blokunun yığılması, texnoloji xətlərin çəkilməsi, qazpaylayıcı qurğunun quraşdırılması və mövcud sistemlə əlaqələndirilməsi işləri görülüb.

Yenidənqurma işləri təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Tikinti-quraşdırma prosesi başa çatdıqdan sonra obyekt üzrə Dövlət Qəbul Komissiyası keçirilib və istismara təhvil verilib. Yeni 4 quyunun hər biri üzrə gündəlik 80 ton neft və 10 min kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi