Güclü külək Gəncə və Samuxda qaz xətlərini və sayğacları zədələyib
Energetika
- 25 fevral, 2020
- 10:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə şəhərində bu gün günorta saatlarında T.Arani küçəsində güclü küləyin təsirindən 7 saylı yaşayış binasının dam örtüyü uçub.
“Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu zaman binanın qarşısından keçən diametri 100 mm olan qaz xətti də yararsız hala düşüb. Hazırda binanın cəmi 10 abonentinin təhlükəsizlik baxımından qaz təchizatı dayandırılıb.
Samux rayonunun Zazalı kəndində isə güclü külək qaz xəttini yerindən oynadıb və nəticədə 5 abonentin qaz sayğacına ziyan dəyib. Təhlükəsizlik tədbiri olaraq dərhal həmin evlərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işlərinə başlanılıb.
Son xəbərlər
10:01
Azərbaycan güləşçisi Elmir Əliyev U-23 dünya çempionatında finala vəsiqə qazanıb
Fərdi
09:56
Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb
Biznes
09:55
Foto
Azərbaycanda 17 ölkənin 19 diplomatı ixtisasartırma kursunu bitirib
Xarici siyasət
09:54
Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var
Digər ölkələr
09:53
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
İnfrastruktur
09:52
Yəməndə son sutka ərzində husilərin hücumları nəticəsində 5 nəfər ölüb
Digər ölkələr
09:50
"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir
Sosial müdafiə
09:42
UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası növbəti oyununu keçirəcək
Futbol
09:42
İran ABŞ blokadasına baxmayaraq, 5 milyon tondan çox neft məhsulu ixrac edib
Energetika