Bu ilin iyulun 7-8-də Energetika Nazirliyi ilə “Masdar” və BP şirkətləri arasında mövcud əməkdaşlıq çərçivəsində “Greentech Summer Camp 2021” adlı təlim proqramının keçirilməsi nəzərdə tutulur.
“Report”un Nazirliyə istinadən verdiyi məlumata görə, təlim proqramı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyindəki Qobustan Hibrid Elektrik Stansiyasında həm fiziki, həm də onlayn təşkil edilməklə hibrid formada keçiriləcək.
Tədbirdə bərpa olunan enerji mənbələrindən istifadə, “yaşıl enerji” texnologiyalarının tətbiqi və digər əlaqəli mövzularda beynəlxalq ekspertlərin məruzələrinin təqdim edilməsi və müzakirələrin aparılması nəzərdə tutulur.
Tədbirdə ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin, həmçinin bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbirdə onlayn iştirakı nəzərdə tutulmuş şəxslər aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: