Gil Mixaeli: "Azərbaycanın enerji resursları Aİ ölkələrinin enerji təhlükəsizliyini təmin edir"

Gil Mixaeli: "Azərbaycanın enerji resursları Aİ ölkələrinin enerji təhlükəsizliyini təmin edir" Azərbaycanın enerji resursları Avropa İttifaqı (Aİ) ölkələrinin enerji təhlükəsizliyini və enerji təchizatının şaxələndirilməsini təmin edir.
Energetika
31 Yanvar , 2025 11:40
Gil Mixaeli: Azərbaycanın enerji resursları Aİ ölkələrinin enerji təhlükəsizliyini təmin edir
Gil Mixaeli

Azərbaycanın enerji resursları Avropa İttifaqı (Aİ) ölkələrinin enerji təhlükəsizliyini və enerji təchizatının şaxələndirilməsini təmin edir.

“Report” xəbər verir ki, bunu “Conflicts” jurnalının direktoru Gil Mixaeli "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" adlı konfransda bildirib.

Onun sözlərinə görə, Fransa Azərbaycanla enerji tərəfdaşlığına maraq göstərən ilk Avropa ölkələrindən biri olub.

"Fransanın “TotalEnergies” şirkəti 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkət "Abşeron" qaz-kondensat yatağının 35 % və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin 5 %-lik payına sahibdir", - G.Mixaeli xatırladıb.

O vurğulayıb ki, Prezident Heydər Əliyevin Yelisey sarayında fransız şirkətləri ilə neft-qaz müqaviləsinin imzalanması mərasimində iştirakı Azərbaycan və Fransa arasında münasibətlərin möhkəmlənməsinə töhfə verib.

O, həmçinin Ulu Öndər Heydər Əliyevin Fransaya ilk dövlət səfərinin 1993-cü ilin dekabrında baş tutduğunu xatırladıb.

Son xəbərlər

Orphus sistemi