"Gələn ay “Sınıq Körpü” gömrük-keçid məntəqəsindən Batumi şəhərinə qədər uzanan əsas magistral avtomobil yolunun Tercola (Terjola) məntəqəsi yaxınlığında böyük bir multifunksional yanacaqdoldurma məntəqəsi (YDM) açılacaq".
Bunu “Report”a eksklüziv açıqlamasında "
Onun sözlərinə görə, bu, adıçəkilən yolda “SOCAR” brendi ilə fəaliyyət göstərəcək üçüncü böyük kompleks olacaq: “Gürcüstanda yeni yollar inşa edilir. Əvvəlki vacib sayılan yol yenisi inşa edildikdən sonra ikinci dərəcəli yol olur. Artıq aktuallığını itirə biləcək YDM-ləri bağlamalı və ya fəaliyyətini məhdudlaşdırmalı oluruq”.
M.Məmmədov bildirib ki, burada digər prioritetlər yaranır: “Yaxın vaxtlarda Gürcüstan dövləti Acarıstan Muxtar Respublikasının ərazisində yeni bir çoxfunksiyalı YDM-in açılması üçün tender elan edəcək. Biz bu tenderdə iştirak edəcəyik. Bu YDM-lərdə əsas məqsəd isə müştərilərin istirahətinin, onların asudə vaxtının səmərəli təşkil olunmasıdır. Yanacağın satılması orada ikinci dərəcədə olacaq”.
O qeyd edib ki, hazırda Gürcüstan ərazisində SOCAR brendi altında 114 YDM fəaliyyət göstərir.