“Gazprom”un ixrac gəlirləri 58 % artıb
Energetika
- 10 iyul, 2021
- 05:55
Bu ilin 5 ayında Rusiyanın enerji şirkəti “Gazprom”un təbii qaz ixracından əldə etdiyi gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 57,7 % artaraq 16,2 milyard ABŞ dollarına çatıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin hesabatında bildirilib.
Məlumata görə, yanvar-may aylarında “Gazprom”un boru kəmərləri ilə təbii qaz ixracının həcmi 15,3 % artaraq 91,4 milyard kubmetrə yüksəlib.
Qeyd edək ki, dünyanın ən böyük təbii qaz istehsalçısı olan “Gazprom” Rusiya qanunları ilə ölkənin boru kəmərləri ilə təbii qaz ixrac etməsinə icazə verilən tək şirkətdir.
Son xəbərlər
07:27
Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib
Region07:00
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək
Formula 106:46
Si Cinpin: Çin və ABŞ ortaq maraqlar əsasında hərəkət edəcək
Digər ölkələr06:26
Ceyhun Bayramov artan islamafobiyaya qarşı İƏT-nin birgə fəaliyyətinə diqqət çəkib
Xarici siyasət05:49
Kolumbiya İranla diplomatik münasibətləri kəsib
Digər ölkələr05:24
Türkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb
Region04:53
Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib
Xarici siyasət04:25
Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
Digər ölkələr03:56