Fərid Cəfərov: "SOCAR Xəzər dənizinin şimal hissəsindəki sahəni Rusiya tərəfinə geri qaytarıb"

Fərid Cəfərov: "SOCAR Xəzər dənizinin şimal hissəsindəki sahəni Rusiya tərəfinə geri qaytarıb" Rusiya şirkətləri, o cümlədən "Rosneft" ilə əməkdaşlıq davam edir
Energetika
6 Aprel , 2017 15:45

Moskva. 6 aprel. REPORT.AZ/ "SOCAR Xəzər dənizinin şimal hissəsində, Rusiyaya məxsus ərazidə yerləşən, işlənilməsi məqsədi ilə götürdüyü sahəni Rusiya tərəfinə geri qaytarıb."

"Report"un Rusiya bürosu xəbər verir ki, bu barədə "SOCAR Polymer" şirkətinin baş direktoru Fərid Cəfərov Moskvada keçirilən "Rusiya və MDB-nin neft-kimya sənayesi" adlı konfransda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, bu sahənin səmərəli, rentabelli olmadığını və Rusiya tərəfinə qaytarıldığını deyib: "Hələlik analoji birgə layihələrdə iştirak planı yoxdur. Amma indi müxtəlif variantları nəzərdən keçiririk" - F.Cəfərov vurğulayıb.

Onun sözlərinə görə, Rusiya şirkətləri, o cümlədən "Rosneft" ilə əməkdaşlıq davam edir.

"Bu şirkətlə sıx çalışırıq, müxtəlif regionlarda kommersiya əməliyyatları həyata keçiririk. "Star" Neft Emalı Zavodu layihəsi inşa mərhələsindədir. Zavodun xam neftlə təchizatı ilə bağlı "Rosneft" ilə müqaviləmiz var. Sadəcə, hələlik təchizatın həcmi nizamlanmayıb. "Rosneft" Rusiyanın və regionun ən böyük neft şirkətidir. Buna görə də Türkiyədəki "Star" zavodu üçün onlardan neft alacağıq", - "SOCAR Polymer"in baş direktoru bildirib. 

Son xəbərlər

Orphus sistemi