Estakadanın bir hissəsinin uçması N.Nərimanov NQÇİ-nin hasilatına təsir etməyib

Estakadanın bir hissəsinin uçması N.Nərimanov NQÇİ-nin hasilatına təsir etməyib Hadisə baş verən hissədə hasilata aid qurğu, avadanlıq, kəmər yoxdur
Energetika
15 Dekabr , 2016 16:53
Estakadanın bir hissəsinin uçması N.Nərimanov NQÇİ-nin hasilatına təsir etməyib

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün saat 05:00-da SOCAR-ın “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadada baş verən qəza NQÇİ-nin hasilatına təsir göstərməyib.

"Report" xəbər verir ki, bunu hadisə ilə bağlı "Azneft" İB-də yaradılan qərargahda keçirilən brifinqdə Birliyin baş direktorunun I müavini, baş mühəndis Balamirzə Ağarəhimov bildirib.

O qeyd edib ki, hadisə baş verən hissədə hasilata aid qurğu, avadanlıq, kəmər yoxdur.

Qeyd edək ki, dekabrın 15-də saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Məlumata görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. İtkin düşənlərdən 1 nəfərin meyiti tapılıb. Axtarış işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi