Enerji Məsələlərini Tənzimləmə Agentliyi vakansiya elan edib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi vakansiya elan edib Bakı. 16 aprel. REPORT.AZ/ Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi enerji nəzarət müfəttişi və qaz nəzarət müfəttişi vakant vəzifələri üzrə sənəd qəbulu elan edib.
Energetika
16 Aprel , 2018 20:58
Enerji Məsələlərini Tənzimləmə Agentliyi vakansiya elan edib

Bakı. 16 aprel. REPORT.AZ/ Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi enerji nəzarət müfəttişi və qaz nəzarət müfəttişi vakant vəzifələri üzrə sənəd qəbulu elan edib. 

Nazirlikdən “Report”a verilən məlumata görə, Agentlik qarşıda duran vəzifələrin keyfiyyətlə və operativ şəkildə yerinə yetirilməsi, müasir tələblərə uyğun idarəetmə mexanizminin qurulması, regionlarda Agentliyin fəaliyyətinin səmərəliliyinin və çevikliyinin təmin edilməsi məqsədilə Bakı, Sumqayıt, Gəncə, Şirvan, Yevlax, Xaçmaz, Lənkəran, Kürdəmir, İmişli, Tovuz və Şəki şəhərlərindəki regional bölmələrinə enerji nəzarət müfəttişi və qaz nəzarət müfəttişi vakant vəzifələri üzrə sənəd qəbulu elan edir.

Namizədlərin elektroenergetika, enerji və neft-qaz mühəndisliyi sahələri üzrə müvafiq ali təhsilə, elektrik stansiyaları, transformatorlar, sayğaclar, qaz qurğuları, qazpaylayıcı şəbəkələri haqqında ətraflı biliyə, ixtisası üzrə azı 3 il iş təcrübəsinə və 25-45 yaş arası həddinə malik olması tələb edilir.

Qeyd edək ki, vakant vəzifələrlə maraqlanan şəxslər Energetika Nazirliyinin rəsmi internet səhifəsinin "Elan bölmə"sinə daxil olaraq şərtlərlə daha ətraflı tanış ola bilərlər.

Son xəbərlər

Orphus sistemi