Energetika Nazirliyinin Kollegiyasının 2025-ci il üçün İş Planı təsdiqlənib

Energetika Nazirliyinin Kollegiyasının 2025-ci il üçün İş Planı təsdiqlənib Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə 2024-cü ilin yekunlarına dair hibrid formatda kollegiya iclası keçirilib.
Energetika
17 Dekabr , 2024 15:05
Energetika Nazirliyinin Kollegiyasının 2025-ci il üçün İş Planı təsdiqlənib

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə 2024-cü ilin yekunlarına dair hibrid formatda kollegiya iclası keçirilib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Kollegiya sədri çıxışında Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq cari ildə enerji sektorunda həyata keçirilmiş mühüm tədbirlər və əldə edilmiş nailiyyətləri qeyd edib, Azərbaycanın COP29-a uğurlu ev sahibliyi, enerji sahəsində irəli sürülən təşəbbüslərin beynəlxalq miqyasda geniş dəstək qazandığını, bu dəstəyin Konfransdan sonra davam etdiyini vurğulayıb. Nazir “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində enerji təchizatı infrastrukturunun modernləşdirilməsi, bərpa olunan enerji mənbələrinin payının artırılması və enerji səmərəliliyi sahəsində atılan addımların energetika sektorunun inkişafında mühüm rol oynadığını bildirib.

Sonra iclasın gündəliyində olan məsələlərə dair məruzələr dinlənilib. "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında Energetika Nazirliyinin məsul olduğu tədbirlərin 2024-cü ildə icra vəziyyəti haqqında hesabat təqdim edilib. Hesabatda il ərzində enerji sektorunda beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılan layihələr, eləcə də bərpa olunan enerji sahəsində həyata keçirilən tədbirlərin nəticələri vurğulanıb.

İclasda, həmçinin Energetika Nazirliyinin Kollegiyasının 2025-ci il üçün İş Planının layihəsi nəzərdən keçirilib, təsdiq edilməsinə dair qərar qəbul edilib.

Sonda kollegiya sədri növbəti ildə enerji sektorunun inkişafını hədəfləyən layihələrin reallaşdırılması istiqamətində qarşıda duran vəzifələrin səmərəli icrası ilə bağlı göstərişlər verib.

Son xəbərlər

Orphus sistemi