Energetika Nazirliyi və İsrailin Elektrik Qurumu arasında görüş keçirilib

Energetika Nazirliyi və İsrailin Elektrik Qurumu arasında görüş keçirilib Azərbaycan Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və İsrailin Elektrik Qurumu (İEQ) arasında enerji tənzimləmə məsələləri ilə bağlı təcrübə mübadiləsi aparmaq üçün onlayn görüş keçirilib.
Energetika
1 Oktyabr , 2021 19:43
Energetika Nazirliyi və İsrailin Elektrik Qurumu arasında görüş keçirilib


Azərbaycan Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və İsrailin Elektrik Qurumu (İEQ) arasında enerji tənzimləmə məsələləri ilə bağlı təcrübə mübadiləsi aparmaq üçün onlayn görüş keçirilib.

"Report" xəbər verir ki, bu barədə EMTA məlumat yayıb.

Məlumatda həmçinin bildirilir ki, görüşün əsas məqsədi EMTA ilə İsrailin Elektrik Qurumu (İEQ) arasında əməkdaşlığın əsasını qoymaq və onu gələcəkdə genişləndirmək, enerji bazarlarının təhlilini aparmaq, eyni zamanda səmərəli təcrübə mübadiləsi üçün potensial sahələri müəyyən etmək olub.

Görüş zamanı Azərbaycan və İsrailin enerji bazarının dizaynı, bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi və hər iki qurum arasında gələcək əməkdaşlığa bağlı müxtəlif ikitərəfli məsələlər müzakirə edilib.

Energetika nazirinin müavini görüş iştirakçılarını salamladıqdan sonra EMTA-nın İdarə Heyətinin sədri təqdimatla çıxış edərək Azərbaycanın enerji tənzimləyicisinin fəaliyyəti barədə danışıb.

Daha sonra cənab Yoav Katsavoy İsrailin enerji bazarı, elektrik sektorunda son aparılan islahatlar, xüsusən də istehsal, ötürülmə və paylanmanın şaquli olaraq inhisardan ayrılması barədə ümumi məlumat verib.

Tərəflər növbəti görüşlərin ekspertlər səviyyəsində keçirilməsinə dair razılığa gəliblər.

Xatırladaq ki, Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) elektrik, qaz və istilik təchizatı ilə bağlı məsələləri tənzimləyir və nəzarət edir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017 -ci il tarixli 1750 nömrəli Fərmanı ilə yaradılan Agentlik, Azərbaycanın Energetika Nazirliyi tabeliyində publik hüquqi şəxs kimi fəaliyyət göstərir.

İsrailin Elektrik Qurumu elektrik sahəsində ictimai xidmətlərin göstərilməsi məsələlərini tənzimləyir və nəzarət edir. Qurumun əsas funksiyaları, elektrik tariflərini müəyyənləşdirmək, xidmət keyfiyyəti və istehlakçılar üçün elektrik enerjisini, eləcə də lisenziyalaşdırma meyarlarını və göstəricilərini təyin etməkdir.

Son xəbərlər

Orphus sistemi