Energetika Nazirliyi enerji auditoru ixtisas attestatını əldə etmək istəyənlərə çağırış edib

Energetika Nazirliyi enerji auditoru ixtisas attestatını əldə etmək istəyənlərə çağırış edib Energetika Nazirliyi təsərrüfat subyektlərində və binalarda (qurğularda) enerji auditinin keçirilməsi üzrə enerji auditoru ixtisas attestatını əldə etmək istəyənlərə çağırış edib.
Energetika
22 Avqust , 2024 16:47
Energetika Nazirliyi enerji auditoru ixtisas attestatını əldə etmək istəyənlərə çağırış edib

Energetika Nazirliyi təsərrüfat subyektlərində və binalarda (qurğularda) enerji auditinin keçirilməsi üzrə enerji auditoru ixtisas attestatını əldə etmək istəyənlərə çağırış edib.

"Report"un məlumatına görə, qurum bəyan edib ki, enerji auditi enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarını və həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərinin müəyyənləşdirilməsi məqsədini daşıyır.

İxtisas attestatı əldə etmək üçün energetika və ya iqtisadi sahələrdə ali təhsil və müvafiq ixtisas üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur. Attestasiya test üsulu ilə Energetika Nazirliyi tərəfindən 2 saat müddətində və fasiləsiz keçirilir. Namizədlərə 40 qapalı və 10 açıq tipli olmaqla ümumilikdə 50 test tapşırığı təqdim edilir. Testdən ən azı 45 bal toplamış namizədlər attestasiyadan keçmiş hesab olunurlar.

Fiziki şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs (enerji auditi üzrə təşkilat) bu barədə Energetika Nazirliyinə müraciət etməlidir.

Enerji auditoru ixtisas attestatının əldə edilməsi üçün müraciətlər sentyabrıb 6-sı saat 13:00-a qədər elektron qaydada - nazirliyin [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir. Müraciət və attestatın əldə edilməsi ödənişsizdir.

İmtahanın yeri, tarixi və saatı, həmçinin növbəti keçiriləcək imtahanlara dair məlumatlar Nazirliyin www.minenergy.gov.az rəsmi internet səhifəsində elan ediləcək.

Attestasiya Proqramı və İxtisas attestatını əldə etmək üçün Bələdçi ilə Nazirliyin rəsmi internet saytında “Enerji səmərəliliyi” bölməsinin “Enerji auditi” alt bölməsindən tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi