Energetika Nazirliyi bu ilin I yarısında 125 icazə verib

Energetika Nazirliyi bu ilin I yarısında 125 icazə verib Bu ilin II rübündə Energetika Nazirliyi ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 56 icazə velib.
Energetika
9 İyul , 2021 14:34
Energetika Nazirliyi bu ilin I yarısında 125 icazə verib

Bu ilin II rübündə Energetika Nazirliyi ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 56 icazə velib.

"Report" nazirliyə istinadən xəbər verir ki, bunlardan 53-i ixrac nəzarətinə düşən malların idxalı, 2-si ixrac nəzarətinə düşən malların ixracı, 1-i isə tranziti ilə bağlı olub. Bu dövrdə 56 icazə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə verilib.

Ümumilikdə isə bu ilin 6 ayı ərzində ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 125 icazə verilib. Onlardan 114-ü ixrac nəzarətinə düşən malların idxalı, 3-ü ixracı, 8-i isə tranziti ilə bağlı olub.

Yarımildə 107 icazənin verilməsi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Energetika Nazirliyi 3 növ icazəni “ASAN xidmət” mərkəzi vasitəsilə verir. Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

Son xəbərlər

Orphus sistemi