"Xəzər dənizinin Azərbaycan sektorunun külək enerjisinin ümumi texniki potensialı 157 QVt təşkil edir".
Bunu “Report”a Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev bildirib.
“Ümumilikdə Xəzər dənizinin Azərbaycan sektorunun külək enerjisinin potensialı çox yüksəkdir. Dünya Bankının proqnozuna görə, onun texniki potensialı 157 QVt təşkil edir. Bu potensialdan səmərəli istifadə etmək üçün beynəlxalq maliyyə korporasiyası ilə yol xəritəsi tərtib edilib”, - T.Əmmayev deyib.
O, Azərbaycanın Energetika Nazirliyinin bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə “ACWA Power” (Səudiyyə Ərəbistanı) və “Masdar” (BƏƏ) şirkətlərini cəlb etdiyini xatırladıb.
“Digər xarici enerji şirkətləri də bu sahədə əməkdaşlığa maraq göstərir”, - o əlavə edib.