“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçiriləcək

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçiriləcək Sentyabrın 22-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək
Energetika
20 Sentyabr , 2023 19:50
“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçiriləcək

Sentyabrın 22-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasda Dünya Bankının “B-Ready” hesabatının “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsində cari ilin üçüncü rübü ərzində icra müddəti bitən tədbirlərin icra vəziyyəti və işçi qrupunun ötən iclasında verilmiş tapşırıqların icra vəziyyəti ilə bağlı görülmüş işlər barədə məlumat veriləcək, həmçinin gündəliyə uyğun olaraq digər məsələlər müzakirə ediləcək.

İclasda Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Azərişıq” ASC və digər aidiyyəti qurumların nümayəndələri iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi