"Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edilib

"Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edilib Bakı. 21 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Elektrik enerjisindən istifadə Qaydaları”na bir sıra dəyişikliklər edib.
Energetika
21 Oktyabr , 2018 01:49
Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edilib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Elektrik enerjisindən istifadə Qaydaları”na bir sıra dəyişikliklər edib.

"Report" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər; Enerji Məsələlərini Tənzimləmə Agentliyi və enerji təchizatı müəssisəsi ilə razılaşdırılmış enerji təchizatı layihəsi; tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı; elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti; kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu; transformatorun və avadanlıqların sınaq-sazlama protokolu; elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər aktı; elektrik sayğacının quraşdırılması aktı sənədləri əsasında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi