ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) 2021-ci ilin üçüncü rübü üçün Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu azaldıb.
“Report” bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook – July 2021” hesabatına istinadən xəbər verir.
EIA-ın yeni proqnozuna görə, bu ilin üçüncü rübündə ölkədə orta gündəlik neft hasilatının 700 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu iyun ayında verilən proqnozdan 10 min barel və ya 1,41 % azdır.
Həmçinin, bu proqnoz 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 40 min barel və ya 6,06 % çoxdur.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 720 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bundan öncəki proqnozda bu rəqəm 730 min barel təşkil edirdi.