EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu sabit saxlayıb
- 09 noyabr, 2022
- 05:35
2023-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 640 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının noyabr sayına istinadən xəbər verir.
Gələn il üçün neft hasilatı üzrə proqnozu daha öncə oktyabr ayında verilən proqnozla müqayisədə eynidir. Gələn ilin proqnozu bu ilin gündəlik neft proqnozundan isə 30 min barel və ya 4,48 % azdır.
2023-cü ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 650 min barel olacağı gözlənilir. Bu rəqəm oktyabr ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2022-ci ilin birinci rübünün gündəlik neft hasilatı üzrə göstəricisindən 50 min barel və ya 7,14 % azdır.
2023-cü ilin ikinci rübündə də Azərbaycanda gündəlik neft hasilatı 640 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, oktyabr ayında verilən proqnozla müqayisədə enidir. 2022-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən isə 30 min barel və ya 4,48 % azdır.
Agentlik hesab edir ki, 2023-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 630 min barel olacaq. Bu həcmlər oktyabr ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2022-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 20 min barel və ya 3,08 % azdır.
2023-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 640 min barel olacağı açıqlanıb. Bu rəqəm oktyabr ayında verilən proqnozla müqayisədə eynidir. Həmçinin, bu, 2022-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 20 min barel və ya 3,03 % azdır.