EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişib
- 13 iyul, 2022
- 06:39
2023-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 650 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının iyul sayına istinadən xəbər verir.
Gələn il üçün neft hasilatı üzrə proqnozu daha öncə iyun ayında verilən proqnozla müqayisədə 20 min barel və ya 3 % azdır. Gələn ilin proqnozu bu ilin gündəlik neft proqnozundan isə 30 min barel və ya 4,41 % azdır.
2023-cü ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 660 min barel olacağı gözlənilir. Bu rəqəm iyun ayında verilən proqnozla müqayisədə 20 min barel və ya 2,94 % azdır. Bu proqnoz 2022-ci ilin birinci rübünün gündəlik neft hasilatı proqnozu üzrə göstəricilərindən 40 min barel və ya 5,71 % azdır.
2023-cü ilin ikinci rübündə də Azərbaycanda gündəlik neft hasilatı 650 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, iyun ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,51 % azdır. 2022-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən isə 40 min barel və ya 5,8 % azdır.
Agentlik hesab edir ki, 2023-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 640 min barel olacaq. Bu həcmlər də iyun ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,54 % azdır. Bu proqnoz 2022-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 40 min barel və ya 5,88 % azdır.
2023-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 650 min barel olacağı açıqlanıb. Bu rəqəm iyun ayında verilən proqnozla da müqayisədə 20 min barel və ya 3 % azdır. Həmçinin, bu, 2022-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 20 min barel və ya 2,99 % azdır.