EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu azaldıb
- 13 dekabr, 2023
- 05:24
2024-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 600 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının dekabr sayına istinadən xəbər verir.
Gələn il üçün neft hasilatı üzrə proqnoz daha öncə noyabr ayında verilən proqnozla müqayisədə 20 min barel və ya 3,22 % azdır.
2024-cü ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 590 min barel olacağı gözlənilir. Bu, daha öncə noyabr ayında verilən proqnozla müqayisədə 30 min barel və ya 4,84 % azdır. Bu proqnoz 2023-cü ilin birinci rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə də 60 min barel və ya 9,23 % azdır.
İkinci rübdə Azərbaycanda gündəlik neft hasilatı 600 min barel olacağı gözlənilir. Bu, ötən ayda verilən proqnozla müqayisədə 20 min barel və ya 3,22 % azdır. Bu proqnoz 2023-cü ilin ikinci rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 20 min barel və ya 3,22 % azdır.
Agentlik hesab edir ki, gələn ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 600 min barel olacaq. Bu, daha öncə noyabr ayında verilən proqnozla müqayisədə 20 min barel və ya 3,22 % azdır. Bu proqnoz 2023-cü ilin üçüncü rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə 20 min barel və ya 3,22 % azdır.
2024-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 610 min barel olacağı açıqlanıb. Bu, ötən ayda verilən proqnozla müqayisədə 20 min barel və ya 3,17 % azdır. Bu proqnoz 2023-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 10 min barel və ya 1,67 % çoxdur.