EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu azaldıb
- 10 noyabr, 2021
- 06:56
2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 750 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının noyabr sayına istinadən xəbər verir.
Gələn il üçün neft hasilatı üzrə proqnoz daha öncə verilən proqnozla müqayisədə 50 min barel və ya 6,3 % azdır.
2022-ci ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 750 min barel olacağı gözlənilir. Bu, daha öncə sentyabr ayında verilən proqnozdan 60 min barel və ya 7,4 % azdır. Bu proqnoz isə 2021-ci ilin birinci rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəriciləri ilə müqayisədə eynidir.
2022-ci ilin ikinci rübündə də Azərbaycanda gündəlik neft hasilatı 750 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-in sentyabr hesabatında verilən proqnozla müqayisədə 50 min barel və ya 6,3 % azdır. Bu proqnoz isə 2021-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 50 min barel və ya 7,1 % çoxdur.
Agentlik hesab edir ki, 2022-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 750 min barel olacaq. Bu da daha əvvəlki proqnozla müqayisədə 30 min barel və ya 3,8 % azdır. Bu proqnoz 2021-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 40 min barel və ya 5,6 % çoxdur.
2022-ci ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 740 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən sentyabr ayında açıqlanan proqnozla müqayisədə 70 min barel və ya 8,6 % azdır. Bu proqnoz isə 2021-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 20 min barel və ya 2,8 % çoxdur.