EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb
- 09 noyabr, 2023
- 05:16
2024-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 620 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının noyabr sayına istinadən xəbər verir.
Gələn il üçün neft hasilatı üzrə proqnoz daha öncə oktyabr ayında verilən proqnozla müqayisədə 20 min barel və ya 3,12 % azdır.
2024-cü ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 620 min barel olacağı gözlənilir. Bu, daha öncə oktyabr ayında verilən proqnozla müqayisədə 20 min barel və ya 3,12 % azdır. Bu proqnoz 2023-cü ilin birinci rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə də 30 min barel və ya 4,62 % azdır.
2024-cü ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 620 min barel olacağı gözlənilir. Bu, daha öncə oktyabr ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,59 % azdır. Bu proqnoz 2023-cü ilin ikinci rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə eynidir.
Agentlik hesab edir ki, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 620 min barel olacaq. Bu, daha öncə oktyabr ayında verilən proqnozla müqayisədə 20 min barel və ya 3,12 % azdır. Bu proqnoz 2023-cü ilin üçüncü rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə eynidir.
2024-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 630 min barel olacağı açıqlanıb. Bu da daha öncə oktyabr ayında verilən proqnozla müqayisədə 20 min barel və ya 3,08 % azdır. Bu proqnoz 2023-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 10 min barel və ya 1,61 % çoxdur.