EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu 3 %-dək azaldıb
- 11 may, 2022
- 07:27
2023-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 700 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının may sayına istinadən xəbər verir.
Gələn il üçün neft hasilatı üzrə proqnozu daha öncə mart ayında verilən proqnozla müqayisədə eynidir. Gələn ilin proqnozu bu ilin gündəlik neft proqnozundan isə 20 min barel və ya 2,78 % azdır.
2023-cü ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 720 min barel olacağı gözlənilir. Bu rəqəm aprel ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,41 % çoxdur. Bu proqnoz 2022-ci ilin birinci rübünün gündəlik neft hasilatı proqnozu üzrə göstəricilərindən 20 min barel və ya 2,86 % çoxdur.
2023-cü ilin ikinci rübündə də Azərbaycanda gündəlik neft hasilatı 690 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, aprel ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,43 % azdır. 2022-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən isə 30 min barel və ya 4,17 % azdır.
Agentlik hesab edir ki, 2023-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 680 min barel olacaq. Bu həcmlər də aprel ayında verilən proqnozla müqayisədə 10 min bareı və ya 1,45 % azdır. Bu proqnoz 2022-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 50 min barel və ya 6,85 % azdır.
2023-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 700 min barel olacağı açıqlanıb. Bu rəqəm aprel ayında verilən proqnozla da müqayisədə 10 min barel və ya 1,41 % azdır. Həmçinin, bu, 2022-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 20 min barel və ya 2,78 % azdır.