EIA bu il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu dəyişməyib
- 12 oktyabr, 2023
- 05:04
2023-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 630 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının oktyabr sayına istinadən xəbər verir.
Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə sentyabr ayında verilən proqnozla müqayisədə eynidir.
Agentlik hesab edir ki, 2023-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 630 min barel olacaq. Bu da daha verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2022-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 20 min barel və ya 3,08 % azdır.
2023-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 640 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən sentyabr ayında açıqlanan proqnozla müqayisədə eynidir. 2022-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 30 min barel və ya 4,48 % azdır.