EIA bu il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu dəyişməyib

Energetika
  • 09 avqust, 2023
  • 08:50
EIA bu il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu dəyişməyib

Bu il Azərbaycanda orta gündəlik neft hasilatı 640 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının avqust sayına istinadən xəbər verir.

Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə iyul ayında verilən proqnozla müqayisədə eynidir.

Agentlik hesab edir ki, 2023-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 640 min barel olacaq. Bu da daha öncə verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2022-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricisindən 10 min barel və ya 1,54 % azdır.

2023-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 650 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən iyul ayında açıqlanan proqnozla müqayisədə eynidir. 2022-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 20 min barel və ya 3 % azdır.