EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu azaldıb

Energetika
  • 08 iyun, 2022
  • 05:39
EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu azaldıb

2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 690 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının iyun sayına istinadən xəbər verir.

Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə may ayında verilən proqnozdan 30 min barel və ya 4,17 % azdır.

2022-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 700 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-in may hesabatında verilən proqnozla müqayisədə 20 min barel və ya 2,78 % azdır. 2021-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə göstəriciləri ilə isə eynidir.

Agentlik hesab edir ki, 2022-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 690 min barel olacaq. Bu da daha əvvəlki may ayının proqnozu ilə müqayisədə 40 min barel və ya 5,48 % azdır. Bu proqnoz 2021-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 20 min barel və ya 2,82 % azdır.

2022-ci ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 690 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən may ayında açıqlanan proqnozla müqayisədə 30 min barel və ya 4,17 % azdır. 2021-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 20 min barel və ya 2,9 % azdır.

Son xəbərlər

Bütün Xəbər Lenti