2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 740 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook – May 2021” hesabatına istinadən xəbər verir.
Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə verilən proqnozla müqayisədə 10 min barel və ya 1,33 % azalaraq dəyişib.
Bu ilin ikinci rübündə isə Azərbaycanda gündəlik neft hasilatı 720 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-in aprel hesabatında verilən proqnozdan 10 min barel və ya 1,37 % azdır. Müvafiq olaraq bu proqnoz 2020-ci ilin ikinci rübü ilə müqayisədə isə 30 min barel və ya 4,34 % çoxdur.
Agentlik hesab edir ki, bu ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 730 min barel olacaq. Bu da daha əvvəlki aprel proqnozu ilə müqayisədə eynidir. 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə isə 70 min barel və ya 10,6 % çoxdur.
Bu ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 770 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən aprel ayında açıqlanan proqnozla müqayisədə eynidir. Bu proqnoz isə ötən ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 80 min barel və ya 11,6 % çoxdur.