2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatının 740 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook – September 2021” hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə avqust ayında verilən proqnozdan 20 min barel və ya 2,78 % çoxdur.
Agentlik hesab edir ki, bu ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 730 min barel olacaq. Bu da daha əvvəlki avqust proqnozu ilə müqayisədə 30 min barel və ya 4,3 % çoxdur. 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə isə 70 min barel və ya 10,6 % çoxdur.
Bu ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozun 780 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən avqust ayında açıqlanan proqnozla müqayisədə 20 min barel və ya 2,63 % çoxdur. Bu proqnoz isə ötən ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 90 min barel və ya 13 % çoxdur.