EIA ABŞ-da neft hasilatında azalma olacağını proqnozlaşdırır

EIA ABŞ-da neft hasilatında azalma olacağını proqnozlaşdırır 2021-ci ilin yanvarında ABŞ-da şist nefti istehsalındakı azalma 2020-ci ilin dekabr ayına nisbətən gündəlik 137 min barelə bərabər olacaq
Energetika
15 Dekabr , 2020 17:08
EIA ABŞ-da neft hasilatında azalma olacağını proqnozlaşdırır

2021-ci ilin yanvarında ABŞ-da şist nefti istehsalındakı azalma 2020-ci ilin dekabr ayına nisbətən gündəlik 137 min barelə bərabər olacaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir.

Bu dövrdə sutkada 7,438 milyon barel hasil ediləcək. Dekabrda şist neftinin faktiki hasilatı isə əvvəlki proqnozda göstərildiyi kimi 7,51 milyon barel/gün yox, sutkada 7,58 milyon barel olub.

Hasilatın çətin olduğu yeddi ərazidən altısında hasilat həcminin azalacağı gözlənilir. Ən böyük azalmanın Perm hövzəsində olacağı proqnozlaşdırılır. Belə ki, ABŞ-ın mərkəzindəki bölgədən şist nefti hasilatının yanvarda gündəlik 44 min barel azalaraq 4,2 milyon barel/günə düşəcəyi gözlənilir.

Eyni zamanda Bakken formasiyasında (23 min barel/gün - 1,2 milyon barel/günə qədər), İql-Ford formasiyasında (26 min barel/gün - 987 min barel/günə qədər), Nayobrar formasiyasında (23 min barel/gün - 532 min barel/günə qədər) və Anadarko formasiyasında (20 min barel/gün - 363 min barel/günə qədər) faktiki dekabr göstəricilərinə nisbətən hasilatda azalma olacağı gözlənilir.

Heynsvill formasiyasında şist nefti hasilatı səviyyəsinin (33 min barel/gün) qorunacağı, Appalaçlarda isə 1 000 barel/gün azalaraq 130 min barel/günə düşəcəyi proqnozlaşdırılır.

Daha əvvəl ABŞ Energetika Nazirliyi 2020-ci ildə ABŞ-da gündəlik neft hasilatı ilə bağlı proqnozunu 11,34 milyon barel/günə (-0,44%) endirmiş, 2021-ci ildə gözlənilən hasilat həcmini (11,1 milyon barel/gün) isə dəyişməmişdi.

Son xəbərlər

Orphus sistemi