EIA 2025-ci il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməyib
- 12 iyun, 2024
- 05:31
2025-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 650 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının iyun sayına istinadən xəbər verir.
Gələn il üçün neft hasilatı üzrə proqnoz daha öncə may ayında verilən proqnozla müqayisədə eynidir.
Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 630 min barel olacağı gözlənilir. Bu, daha öncə may ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2024-cü ilin birinci rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə 30 min barel və ya 5 % çoxdur.
2025-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 650 min barel olacağı gözlənilir. Bu, daha öncə may ayında verilən proqnozla müqayisədə eynidir. Ötən ay açıqlanan gələn ilin ikinci rübünün gündəlik neft hasilatı göstəriciləri bu ilin ikinci rübünün proqnoz göstəriciləri ilə müqayisədə isə 40 min barel və ya 6,56 % çoxdur.
Agentlik hesab edir ki, 2025-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 670 min barel olacaq. Bu, daha öncə may ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,51 % çoxdur. Bu proqnoz 2024-cü ilin üçüncü rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə 60 min barel və ya 9,84 % çoxdur.
Gələn ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 670 min barel olacağı açıqlanıb. Bu, daha öncə may ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,51 % çoxdur. Bu proqnoz 2024-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə 20 min barel və ya 8,06 % çoxdur.