EIA 2025-ci il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb
- 10 yanvar, 2024
- 05:59
2025-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 650 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının yanvar sayına istinadən xəbər verir.
Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 630 min barel olacağı gözlənilir. Bu proqnoz 2024-cü ilin birinci rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə 20 min barel və ya 3,28 % çoxdur.
2025-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 640 min barel olacağı gözlənilir. Bu proqnoz dekabr ayında açıqlanan 2023-cü ilin ikinci rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 30 min barel və ya 4,92 % çoxdur.
Agentlik hesab edir ki, 2025-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 660 min barel olacaq. Bu proqnoz 2023-cü ilin üçüncü rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə 50 min barel və ya 8,2 % çoxdur.
Gələn ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 660 min barel olacağı açıqlanıb. Bu proqnoz 2023-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 40 min barel və ya 6,45 % çoxdur.