EIA 2024-cü il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməz saxlayıb

Energetika
  • 11 dekabr, 2024
  • 05:16
EIA 2024-cü il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməz saxlayıb

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2024-cü il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu dəyişməz saxlayıb.

“Report” xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın dekabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 600 min barel təşkil edəcək (noyabr ayı proqnozu - 600 min barel).

Bu ilin dördüncü rübündə neft hasilatının sutkada 600 min barel olacağı gözlənilir. Noyabr ayında həmin rüb üçün verilən proqnoz isə 590 min barel təşkil edib.

Xatırladaq ki, bu ilin birinci rübündə neft hasilatı sutkada 600 min barel, ikinci və üçüncü rübdə isə 590 min barel təşkil edib.

EIA-nın məlumatına görə, 2023-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 620 min barel səviyyəsində olub.

Son xəbərlər

Bütün Xəbər Lenti