ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2024-cü il üçün neft hasilatı ilə bağlı proqnozunu gündəlik 10 min barel azaldıb.
“Report” xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın sentyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib.
EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 600 min barel təşkil edəcək (avqust ayı proqnozu - 610 min barel).
Üçüncü rübdə hasilatın sutkada 600 min barel (avqust proqnozu - 610 min barel), dördüncü rübdə isə 610 min barel (620 min barel) olacağı gözlənilir.
Bu ilin birinci rübündə neft hasilatı sutkada 600 min barel, ikinci rübdə isə 590 min barel təşkil edib.
EIA-nın məlumatına görə, 2023-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 620 min barel səviyyəsində olub.