EIA 2023-cü il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu açıqlayıb

Energetika
  • 12 yanvar, 2022
  • 07:10
EIA 2023-cü il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu açıqlayıb

2023-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 710 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının yanvar sayına istinadən xəbər verir.

Gələn il üçün neft hasilatı üzrə proqnozu bu ilin gündəlik neft proqnozundan 30 min barel və ya 4,05 % azdır.

2023-cü ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 720 min barel olacağı gözlənilir. Bu, proqnoz 2022-ci ilin birinci rübünün gündəlik neft hasilatı proqnozu üzrə göstəricilərindən 10 min barel və ya 1,37 % azdır.

2023-cü ilin ikinci rübündə də Azərbaycanda gündəlik neft hasilatı 710 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, 2022-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən isə 30 min barel və ya 4,05 % azdır.

Agentlik hesab edir ki, 2023-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 700 min barel olacaq. Bu proqnoz 2022-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 40 min barel və ya 5,4 % azdır.

2023-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 720 min barel olacağı açıqlanıb. Bu, 2022-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 20 min barel və ya 2,7 % azdır.

44 - Tezliklə