EIA 2022-ci il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişib

Energetika
  • 08 dekabr, 2021
  • 05:59
EIA 2022-ci il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişib

2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 740 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının dekabr sayına istinadən xəbər verir.

Gələn il üçün neft hasilatı üzrə proqnoz daha öncə verilən proqnozla müqayisədə 10 min barel və ya 1,33 % azdır.

2022-ci ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 750 min barel olacağı gözlənilir. Bu, daha öncə noyabr ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2021-ci ilin birinci rübünün gündəlik neft hasilatı üzrə göstəriciləri ilə də eynidir.

2022-ci ilin ikinci rübündə də Azərbaycanda gündəlik neft hasilatı 750 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-in noyabr hesabatında verilən proqnozla müqayisədə eynidir, 2021-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən isə 50 min barel və ya 7,14 % çoxdur.

Agentlik hesab edir ki, 2022-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 740 min barel olacaq. Bu da daha əvvəlki proqnozla müqayisədə 10 min barel və ya 1,33 % azdır. Bu proqnoz 2021-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 30 min barel və ya 4,22 % çoxdur.

2022-ci ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 740 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən noyabr ayında açıqlanan proqnozla müqayisədə eynidir, 2021-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 20 min barel və ya 2,78 % çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti