​EBRD "LUKoil"a Azərbaycandakı layihə üçün 500 mln. dollar ayırıb

​EBRD "LUKoil"a Azərbaycandakı layihə üçün 500 mln. dollar ayırıb Bu, "LUKoil" üçün EBRD və ADB tərəfindən ayrılmalı olan 1 mlrd. dollarlıq kreditin ilk hissəsidir
Energetika
5 Avqust , 2015 11:33
​EBRD LUKoila Azərbaycandakı layihə üçün 500 mln. dollar ayırıb

Bakı. 5 avqust. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Rusiyanın "LUKoil" şirkətinə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" perspektiv strukturun işlənməsi layihəsində iştirakını genişləndirmək üçün 500 mln. ABŞ dolları məbləğində kredit ayırıb. "Report" xəbər verir ki, bu barədə "Reuters"ə Bankdakı mənbələrdən məlumat verilib.

Qeyd edək ki, kredit "LUKoil" üçün EBRD və Asiya İnkişaf Bankı (ADB) tərəfindən ayrılmalı olan 1 mlrd. dollarlıq kreditin ilk hissəsidir.

Məlumata görə, EBRD və ADB şirkətin layihədəki 10%-lik hissəsini maliyyələşdirməyi hədəfləyib.

EBRD bundan öncə "Şahdəniz" layihəsi üçün "LUKoil"un törəmə şirkəti olan "LUKoil Overseas Shah Deniz Ltd." üçün 380 mln. dollar ayırıb. Ödənişin ilk tranşı 2005-ci ildə 180 mln. dollar, ikinci tranşı isə 2014-cü ildə 200 mln. dollar məbləğində olub.

Xatırladaq ki, "Şahdəniz" Azərbaycanın ən böyük qaz yatağıdır və ehtiyatı 1,2 trln. kubmetrdən çox dəyərləndirilir.

Son xəbərlər

Orphus sistemi