Dünya bazarında neft qiymətləri dörd həftəlik artımdan sonra cüzi düşüb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin oktyabr fyuçersləri 0,2 % ucuzlaşaraq 1 bareli 80,72 ABŞ dollarına satılıb. "WTI" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 0,21 % düşüb və 1 bareli 76,91 ABŞ dolları təşkil edib.
Bu həftə birjaların əsas diqqəti dünyanın əsas mərkəzi banklarının iclaslarına yönəlib. Analitiklər hesab edirlər ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini illik 5-5,25 %-lik hazırkı səviyyədən 25 baza bəndi səviyyəsində artıracaq.
Ənənəvi olaraq, monetar sərtləşdirmə milli valyutanın dəyərini artırır və xammal məhsullarının digər valyutalarla alışının əlçatanlığını azaldır.