​Dünya bazarında xam neft 1% civarında bahalaşıb

​Dünya bazarında xam neft 1% civarında bahalaşıb WTI markalı xam neft 0,89%, "Brent" isə 0,61% bahalaşıb
Energetika
19 İyun , 2015 08:06
​Dünya bazarında xam neft 1% civarında bahalaşıb

Bakı. 19 iyun. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,53 dollar və ya 0,89% bahalaşaraq 60,45 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,61% yaxud 0,39 dollar irəliləyərək 64,26 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırki vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 68 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi