Dünya bazarında neft bahalaşır

Dünya bazarında neft bahalaşır “Brent” markalı neft keçən il yanvarın 21-dən bəri ilk dəfə bir barel üçün 65 ABŞ dolları səviyyəsindən yüksək olub
Energetika
18 Fevral , 2021 11:41
Dünya bazarında neft bahalaşır

Neftin qiyməti cümə axşamı səhər saatlarında Amerika Neft İnstitutunun (API) ABŞ-da xammal ehtiyatlarının azalmasına dair məlumatları fonunda orta hesabla 1% bahalaşıb.

“Report” “Prime”a istinadən xəbər verir ki, bunun nəticəsində “Brent” markalı neft keçən il yanvarın 21-dən bəri ilk dəfə bir barel üçün 65 ABŞ dolları səviyyəsindən yüksək olub.

Belə ki, Şimal dənizindən hasil olunan neft qarışığının aprel fyuçerslərinin qiyməti 1,17% bahalaşaraq 65,09 dollar/barelə çatıb. WTI markalı neftin mart fyuçersləri isə 0,95% dəyər qazanaraq bir barel üçün 61,72 ABŞ dolları təşkil edib.

API-ın məlumatlarına görə, ABŞ-ın neft ehtiyatları keçən həftə 2,2 milyon barel proqnoz qarşılığında 5,8 milyon barel azalıb. ABŞ Energetika Nazirliyinin rəsmi məlumatları bu gün axşam açıqlanacaq. Analitiklər qurumun ehtiyatların 2,43 milyon barel azaldığını bildirəcəyini təxmin edirlər.

Ümumilikdə son günlərdə neft qiymətlərindəki artım ABŞ-da soyuq hava şəraiti ilə bağlıdır. Əlverişsiz hava şəraiti Texasda neft hasilatının genişmiqyaslı azalmasına səbəb olub. “Bloomberg”in çərşənbə günü verdiyi məlumata görə, ABŞ-da neft istehsalı ümumilikdə rekord dərəcədə - üçdə bir həcmdə və ya gündəlik təxminən 3,5 milyon barel azalıb. Son məlumatlara görə, ABŞ havaların kəskin soyumasından əvvəl gündəlik təxminən 11 milyon barel neft istehsal edirdi.

Son xəbərlər

Orphus sistemi