Dövlət Agentliyi: "Apredə 267 sahibkarın enerji şəbəkəsinə qoşulması təmin olunub"

Dövlət Agentliyi: "Apredə 267 sahibkarın enerji şəbəkəsinə qoşulması təmin olunub" Bu ilin aprel ayında Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) rəhbərliyi ilə 15 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq o
Energetika
12 May , 2022 11:29
Dövlət Agentliyi: Apredə 267 sahibkarın enerji şəbəkəsinə qoşulması təmin olunub

Bu ilin aprel ayında Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) rəhbərliyi ilə 15 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 267 müraciət qəbul edərək icra olunub.

“Report” bu barədə AERA-ya istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, agentlik 20 müəssisədə 49 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə biliklərini yoxlayıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərib.

Son xəbərlər

Orphus sistemi