“Deloitte” “Brent” neftinin orta qiymətinin proqnozunu artırıb

“Deloitte” “Brent” neftinin orta qiymətinin proqnozunu artırıb 2022-ci ildə “Brent” markalı neftin orta qiymətinin 75,5 ABŞ dolları təşkil edəcəyi gözlənilir.
Energetika
29 Mart , 2022 10:46
“Deloitte” “Brent” neftinin orta qiymətinin proqnozunu artırıb

2022-ci ildə “Brent” markalı neftin orta qiymətinin 75,5 ABŞ dolları təşkil edəcəyi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə “Deloitte” şirkətinin hesabatında bildirilib.

Bu, daha əvvəlki ildə 2022-ci il üçün verilən proqnozla müqayisədə 20,5 ABŞ dolları və ya 37,3 % çoxdur.

2021-ci ildə bu markalı neftin orta qiyməti isə 70,4 ABŞ dolları təşkil edib.

Hesabata görə, 2023-cü ildə “Brent”in orta qiymətinin 66 ABŞ dolları, 2024-cü ildə isə 61 ABŞ dolları olacağı proqnozlaşdırılır.

Beynəlxalq Valyuta Fondunun (İMF) hesablamalarına görə isə 2022-ci ildə “Brent” neftinin orta qiymətinin 65,9 ABŞ dolları olacağı ehtimal edilir. Fondun hesablamalarına görə, 2023-ci ildə “Brent”in orta qiymətinin 63 ABŞ dolları olsa da, 2024-cü ildə isə 61 ABŞ dolları olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, bu gün dünya bazarında “Brent” markalı neftin qiyməti 108,07 ABŞ dolları təşkil edir.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Son xəbərlər

Orphus sistemi