Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülüyü 6% artıb

Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülüyü 6% artıb Boru kəməri ilə bağlı fəaliyyətlərə 427 mln. ABŞ dolları məbləğində vəsait xərclənib
Energetika
17 Avqust , 2017 18:55
Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülüyü 6% artıb

Bakı. 17 avqust. REPORT.AZ/ 2017-ci ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə 427 mln. ABŞ dolları məbləğində vəsait xərclənib.

Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin I yarımilin yekunları ilə bağlı məlumatına əsasən xəbər verir.

Bu ilin I yarısında boru kəməri üzrə xərclərin həcmi ötən ilin müvafiq dövründən 16% az olub.

Bu vəsaitin təqribən 14 mln. dolları əməliyyat xərcləri və 413 mln. dollar əsaslı xərclər olub.

Birinci yarım il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 21,4 mln. kubmetr qaz olub ki, bu da ötən ilin müvafiq dövründən 6,5% çoxdur.

Qeyd edək ki, bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK-nin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi