Bu ilin IV rübündə Türkiyəyə spot qaz tədarükünün həcmləri müəyyənləşib

Energetika
  • 24 sentyabr, 2024
  • 13:53
Bu ilin IV rübündə Türkiyəyə spot qaz tədarükünün həcmləri müəyyənləşib

Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) bu ölkənin dövlət neft-qaz şirkəti BOTAŞ və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Enerji Ticaret AŞ” şirkətinin 2024-cü ilin IV rübündə ölkəyə spot qaz tədarükü üçün tutum rezervasiyasının saxlanılması ilə bağlı müraciətlərini təsdiqləyib.

"Report" bu barədə EPDK-ya istinadən xəbər verir.

Bu qərar tənzimləyici orqan tərəfindən sentyabrın 23-də keçirilən tenderin nəticələrinə əsasən qəbul edilib.

EPDK-nın məlumatına görə, hər iki şirkət III rübdə Türkiyənin qazpaylayıcı şəbəkələrinə gündəlik ümumi həcmdə 8,114 milyon kubmetr spot qaz tədarükü üçün tutum bron etmək hüququ əldə edib. O cümlədən, BOTAŞ gündəlik 6 milyon 251 min kubmetr, “SOCAR Enerji Ticaret A.Ş.” isə 1 milyon 863 min kubmetr qaz tədarükü üçün tutum bron edib.

Eyni zamanda, tədarük “BOTAŞ” və “SOCAR Enerji Ticaret A.Ş.” (SOCAR-ın törəmə müəssisəsi) tərəfindən “Türkgözü” giriş nöqtəsindən təmin ediləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti