Bu il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 8 %-dək artıb

Energetika
  • 24 mart, 2023
  • 05:42
Bu il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 8 %-dək artıb

Bu ilin fevral ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 15,881 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin fevral ayı ilə müqayisədə 818 min barel və yaxud 5,43 % çoxdur.

Bu ilin yanvar-fevral ayları ərzində isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 35,048 milyon barel neft nəql edilib. Bu, 2022-ci ilin iki ayı ilə müqayisədə 2,486 milyon barel və yaxud 7,63 % çoxdur.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.