Bu il SOCAR-ın idarəsinin qeyri-neft ixracından gəliri 40 % azalıb

Energetika
  • 31 oktyabr, 2023
  • 08:45
Bu il SOCAR-ın idarəsinin qeyri-neft ixracından gəliri 40 % azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 271,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.

Bu, 2022-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə 181,9 milyon ABŞ dolları və ya 40,1 % azdır.

Hesabat dövründə Azərbaycanın ümumi ixracı 26,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,6 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.

44 filmi