Bu il “Şahdəniz” yatağından qaz hasilatı 11 % artıb
- 02 noyabr, 2023
- 09:55
Bu ilin üçüncü rübü ərzində “Şahdəniz” yatağından ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 20 milyard standart kubmetr qaz və 3 milyon tondan artıq (təqribən 27 milyon barel) kondensat hasil edilib.
“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə üçüncü rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Hesabat dövründə “Şahdəniz” yatağından qaz hasilatının həcmi ötən ilin III rübündən 11,1 % çox, kondensat hasilatının həcmi demək olar eynidir.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 72,1 milyon (ildə 26,3 milyarddan artıq) standart kubmetrdir.
Qeyd edık ki, bu il “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olunur. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.
Qeyd edək ki, layihədə BP (operator – 29,99 %), "Lukoil” (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.